Bu günlərdə hər kəs elektrik enerjisinə görə gələn hesablardan narazıdır. Böyük əksəriyyət ötən ay ərzində gələn fantastik qəbzlərin fotosunu sosial şəbəkə vasitəsilə paylaşır və durumun kritik olduğunu yazır.
Unikal.org musavat.com-a istinadən xəbər verir ki, mövzunun aktuallığını nəzərə alaraq, hansı ev əşyalarının daha çox enerji sərfiyyatına yol verməsi ilə bağlı arayış hazırlayıb.
Kompüter
Kompüter çalışanda gücü təxminən 140 Vatta qədər artır. Kompüterdə bütün prosedurlar dayandırılanda da sayğac fırlanmağa davam edir. Kompüterin dərhal çalışa bilməsi üçün daim stand by olması lazımdır, bu baxımdan da dediyimiz rəqəm məntiqli görünür.
Amma kompüterdə heç bir prosedur həyata keçirilmədiyi, yarı oyanıq zamanda da 27 vatt kimi olduqca yüksək sayıla biləcək bir miqdarda elektrik enerjisindən istifadə faktı təəccüb doğurur.
Bundan daha da pisi odur ki, off düyməsinə basılanda belə PC-nin gücünün sıfırlanmaması, əvəzində 5 vatt həndəvərində bir elektrik enerjisi tükətməsidir. Bu baxımdan da kompüterin heç elektrik tükətmədiyindən əmin olmaq üçün tək bir çıxış yolu var, o da aləti tamamən şəbəkədən ayırmaqdır.
Televizor
Kiçik ekranlı televizorlar böyük ekranlılarla müqayisədə daha az elektrik enerjisi tükədirlər. Səsin aşağı həddə tutulması da elektrik enerjisi istifadəsini azaldır.
Fen
Saç qurutma prosesi mümkün olduğu qədər dəsmalla başlamalıdır. Ondan sonra fenlə qurudulma mərhələsinə keçmək olar. Orta hesabla bir fenin 10 dəqiqə ərzində çalışması, 60 vattlıq bir lampanın 3 saat yanmasına bərabər həcmdə enerji sərfiyyatı deməkdir.
Şəbəkəyə qoşulan plazma TV-lər ildə toplam olaraq 1452 kilovatlıq enerji yeyir.
Siyahıda bunun ardınca ildə 311 kilovattla kompüterlər, 233 kilovatla oyun aparatları, 144.5 kilovatla noutbuklar və 133 kilovattla lazeryazıçılar gəlir.
Bütün elektrik alətlərinizi qapatdıqdan sonra belə elektrik sayğacınıza nəzər yetirin. Sürpriz bir şəkildə onun hələ də fırlandığını görəcəksiniz.
Məsələn, kompüter aktiv fəaliyyətdə olanda 140 Vatt, fəaliyyətdə olmayanda 27 Vatt, tamamən qapadanda belə 5 Vatt elektrik tükədir.
-Kofe dəmləyən maşınının orta hesabla sərfiyyatı - 800 V
-Kofe dəmləyən maşın çalışmayanda sərfiyyatı - 1.5 V
Mikrodalğalı sobaların bişirmə işini 2-10 dəqiqədə, isitməni isə 10-30 saniyədə yekunlaşdırdığı bildirilir. Onun digər elektrikli sobalarla müqayisədə 66 faiz daha az elektrik xərclədiyi qeyd edilir. Enerji sərfiyyatında qənaət edilməsi üçün aşağıdakı məsləhətlər keçərlidir:
Ehtiyacdan daha böyük potensiala malik kondisionerlərdən istifadə edilməməlidir.
Tozsoranlarıntorbaları tez-tez boşaldılmalıdır. Boş torba ilə dolu torba arasında tozsoranın istifadəsi zamanı yüzdə 15 miqyasında daha artıq elektrik sərfiyyatı özünü göstərir.
Qabyuyan və paltaryuyanmaşınların ətrafında ən azı 5 santimetr həndəvərində boşluq buraxılaraq isinmədən dolayı yaranan isti havanın asanlıqla dağılması təmin edilməlidir. Yay aylarında temperatur və nəmi azaltmaq üçün sabah və axşam saatlarında maşını yumaq lazımdır.
Kiçik ekranlıtelevizorlar böyük ekranlı televizorlarla müqayisədə daha çox elektrik enerjisi sərf edir.
Yerlərin xalçalarla örtülməsi zəmində istilik itkisini azaldacaq.
İstifadə edilən otaqların qışda 18-21 dərəcə tutulması lazımdır.
Soyuducudakı buz qalınlığı 5-6 millimetri keçməməlidir.
Soyuducuya isti yemək və içkilər qoyulmalıdır.
Televizor, VCD, DVD, musiqiseti kimi elektrik cihazlar çalışmadıqları zaman mütləq cihazın açıb-qapatma düyməsinin qapalı olması təmin edilməlidir.
Pultla qapadılan elektrikli ev əşyaları, on/off düyməsindən qapadılmadıqları zamanlar belə cihazın açıq olduğu zaman israf etdiyi elektrik enerjisinin təxminən 5 faizi ilə 15 faizi arasında elektrik sərf edir.
Ütüləmə prosedura bitmədən 5 dəqiqə öncə ütünü şəbəkədən çıxararaq, ütüdə mövzud olan istiliklə qalan 5 dəqiqəlik ütü işinizi həll edin. Bu bəsit üsulla xeyli elektrik enerjisinə qənaət etmək mümkündür.
Şüşələrin ikiqat olması oradan isti və soyuq havanın giriş-çıxışını çətinləşdirəcək. Bu halda evin isinmə və sərinlənməsinə 40 faiz daha az pul ödəyəcəksiniz.
Soyuducuda buzluq hissəsini-18 dərəcə, digər soyuducu bölümün isə +7 dərəcə olması ən uyğun istilik göstəricisidir. Soyuducunun 70 faiz doluluqda olması ən yaxşı çalışmasını təmin edəcək. Soyuducu bundan daha dolu və ya boş olarsa, bu, elektrik sərfiyyatını artıracaq.
İstifadə müddəti 10 ili keçmiş kondisionerlər yeni kondisionerlərlə müqayisədə 15-40 faiz daha artıq elektrik istifadəsinə səbəb ola bilər.