Daşkəsən rayonunda yeniyetmə çayda boğulub.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Qoşqarçay çayın rayonun Aşağı Daşkəsən qəsəbəsindən keçən hissəsində baş verib. Hələlik kimliyi məlum olmayan 15-16 yaşlı yeniyetmə oğlan çayın qarşısı kəsilərək yaradılmış gölməçədə çimərkən boğulub.
Faktla bağlı araşdırma aparılır.