Avqustun 10-da səhiyyə naziri Oqtay Şirəliyev qəbul cədvəlinə uyğun olaraq Ucar mərkəzi rayon xəstəxanasında Ucar, Göyçay, Kürdəmir, Ağsu rayonlarının sakinlərini qəbul edib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, qəbulda sakinlərin sağlamlıq problemləri, işlə təminat və bir sıra digər məsələlərlə bağlı müraciətləri dinlənilib.
Vətəndaş müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerində öz həllini tapıb.
Nazirliyin səlahiyyətlərində olmayan məsələlər aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.