Şəkidə fəhlə tikintidə ölüb.
Unikal.org xəbər verir ki, Şəki rayon Prokurorluğundan trend-ə verilən məlumata görə, hadisə rayonun Kiş kəndində baş verib.
Kənd sakini, 1958-ci il təvəllüdlü Mürsəlov Nurəli Bayraməli oğlu kənd ərazisindəki evlərdən birində hamam tikərkən təxminən 2 metr hündürlükdə tirin üzərindən yıxılıb.
Fəhlə Şəki şəhər Mərkəzi Xəstəxanasına aparılsa da da, onun həyatını xilas etmək mümkün olmayıb.
N.Mürsəlov xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.