Ötən gün axşam saatlarından əsməyə başlayan güclü külək Biləsuvar rayonunda fəsadlar törədib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, elektrik naqillərinin qırılması nəticəsində Ağalıkənd, Amankənd, Dövrüşlü və Ovçubərə də daxil olmaqla 6 kəndə enerji verilişi tam dayanıb, bəzi ərazilərə isə fasilələrlə verilib.
Bildirilir ki, fəsadların aradan qaldırılmasından sonra bu dəqiqələrdə həmin ərazilərə enerji verilişi bərpa olunub.