Abşeron rayonunda piyadanı avtomobil vuraraq öldürüb.
Unikal.org Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə rayonunun Müşfiqabad qəsəbəsində qeydə alınıb.
Belə ki, avqustun 12-də saat 3 radələrində Abşeron rayonunun Müşfiqabad qəsəbəsi ərazisində, müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Məsləhət Qədimov vurulub və nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.