Günün ikinci yarısında emosional fon stabil deyil. İşlə bağlı ünsiyyət artarsa, diqqəti əsas məsələlərə yönəldin, yaşananlara və insanlara subyektiv qiymət verməyin.
Axşam saatlarında söhbət zamanı həssas məqamlara toxunmayın.
Yaşam arealını qaydaya salın.
Axşam saatlarında aktiv istirahətə üstünlük verin.
Günün ikinci yarısında impulsların təsiri altında çalışmayın, bəzi prosesləri dəqiq müəyyənləşdirin.
Cari hadisələrin leytmotivini bəlirləyin.
Axşam saatlarında işləri gərəkli istiqamətə yönəldin.
Xərçəng- eyni vaxtda bir neçə iş görməyə hazırlaşın. Poçt "yeşik"ləri, kabinetlər və telefon zənglərinin arasında vaxtınızı bölüşdürmək istəyirsinizsə, alınmayacaq. Hər işə gərəkli vaxtı ayırın. Əks təqdirdə, gərginlik və yorğunluq yaranacaq.
Usana bilərsiniz.
Əsəblərin tarıma çəkilməsi nə qədər paradoksal olsa da, həlli uzanan problemin optimal çözümünə təkan verə bilər.
Səfər, səyahət, romantik təmaslar, ümumi iş və ya maraq durğunluq vəziyyətindəki hisslərin bərpası ilə sonuclanacaq.
Şəxsi münasibətlər səviyyəsində nəyisə və ya kimisə dəyişmək istəyirsinizsə, alternativ aramağa tələsməyin.
Fikrinizi sonradan dəyişə bilərsiniz.
Şir- vurnuxma, problem və çətinliklərin az olmayacağı gündür. Yerinizdə olun, çağırışlara tez cavab verin. Reaksiyanız süst olmasın. Ehtiyac yaranarsa, sürətli qərar verin. Heç nəyi mürəkkəbləşdirməyin.
Günün ikinci yarısında yerdəyişmələrin sayı artacaq. Səylərinizin nəticələri yetərli deyil. Dövlət qurumlarının nümayəndələri ilə ünsiyyətdə hüquqlarınızı müdafiə edin. Amma bilin ki, bürokratik süründürmə və ya rüşvət tələbi ilə qarşılana bilərsiniz.
Axşam saatlarında sakit, passiv istirahəti seçin. Xəbərlərin çoxluğundan başağrısı yarana bilər. Ancaq yeni təəssüratlara ehtiyac hissiniz var.
Qız- təəssürat və xəbərlərin sürətlə dəyişməsinə rəğmən gün sizi sevindirəcək. Maddi məsələlərdə yaxşı perspektivlər var. Sadəcə, onları görərək dəyərləndirməyə çalışın. Ailədə mühüm müzakirə başlaya bilər.
Yeni imkanlar və planların sayının artması ənənəvi situasiyanı dəyişir, hadisələrin rutin axarını başqa məcraya yönəldir.
Etibar etdiyiniz, yaxınlarınıza müraciət edərək yardım istəyin. Ev işləri nəzərdə tutduğunuzdan da çox vaxt ala bilər.
"Axın"la hərəkət edərək gözləmə mövqeyi tutmaq istəyirsinizsə, yanlışlıqlardan qorunun.
Hədiyyə, gəlir, diqqət nişanələri, maraqlı xəbərlər istisna deyil.
Axşam saatlarında passiv olmayın. İmkan yaranan kimi işlə bağlı problemi həll edin.
Tərəzi- mütəhərrik, aktiv, ünsiyyətə meylli olun. Zərurət yaranarsa, alınan informasiyanı təhlil edin, rabitələrlə əlaqələri bərpa edin, məktublara cavab verin.
Günün ilk yarısında formalaşan planlar gözlənilən nəticəni verəcək.
Günün ikinci yarısında sərfəli maliyyə perspektivləri formalaşacaq. Fəqət, sizə həvalə etmək istədikləri işin həcmi artır.
Şəxsi münasibətlər üçün yaxşı zamandır. Təşəbbüskar olsanız, yaşanan hadisələrə qərarlarınız və hərəkətlərinizlə təsir edə bilərsiniz.
Əqrəb- enerjili, qətiyyətli, əzmli olsun. Niyyətlərlə maraqlar sizi fərqli istiqamətlərə apardığından fikirlərdə qarışıqlıq yarana bilər. Gərginlik artır, başladığınız işi normal şəkildə başa vura bilmirsiniz.
Eyni vaxtda bir neçə işə başlasanız, yaşamınızda çətinliklər yarana bilər.
Tələsməyin, kəmhövsələlik etməyin. Prioritetləri dəqiq müəyyənləşdirsəniz, daha çox iş görərək məqsədə daha tez çata bilərsiniz.
Oxatan- tərəfdaşlıq münasibətlərində yeniliklərin təşəbbüskarı olun. Qarşı tərəfi də daha aktiv davranmağa vadar edin. Yeni layihələr olacaq, amma onlar müzakirə və imkanların nəzərdən keçirilməsi mərhələsindədir.
İnternetdə informasiya axtarışı, yazışma üçün yaxşı zamandır. Səyahət, ezamiyyət, səfər zərurəti yarana bilər.
Enerjiniz çoxdur, aktivsiniz.
Mümkün qədər çox iş görməyə çalışın.
Günün ikinci yarısında bir qədər istirahət edin.
Oğlaq- günün ilk yarısı yetərincə effektiv deyil. Konkret nəticələr gözlədiyiniz layihə və ya işi planlaşdırmayın. Ünsiyyət və məlumatların alınmasında məhdudiyyətlərin sayını artırmayın.
Təmaslarla əlaqələr perspektivlidir. Fəqət, vaxtınızı mənasız diskussiyalara və boş söhbətlərə sərf etməyin.
Axşam saatlarında ailəvi istirahəti seçin.
Spontan aktivlik müsbət sonuc verəcək.
Axşam saatları təmir və aktiv istirahət üçün əlverişlidir.
Balıqlar- mühüm qərarların qəbulunu şərtləndirməyən kiçik işlərə və qayğılara xüsusi diqqət yetirin.
İşləri maddi maraqlarınızı nəzərə alaraq görün.
Axşam saatlarında şəxsi işlərinizə vaxt ayırın. Ailə üzvləri və yaxınlarınızla məsləhətləşmək üçün yaxşı zamandır.
Yeni birgə planlar yarana bilər.