Xaçmaz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü yerli sakin Hacıbalayev Ruslan Teyyub oğlu idarə etdiyi avtomobili yüksək sürətlə yol kənarındakı dirəyə çırpıb.

O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Çoxsaylı bədən xəsarətləri alan sürücü qəzaya düşən zaman sərxoş olub.

Faktla bağlı Xaçmaz rayon Polis şöbəsində araşdırma aparılır.