Salyan rayonunun Qaraçala qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən unikal.org-a verilən məlumata görə, avqustun 13-də saat 15 radələrində Salyan rayonunun Qaraçala qəsəbəsi ərazisində qəsəbə sakinləri İlham Baxşıyevin idarə etdiyi "VAZ-2107 və Vasif İsmayılovun idarə etdiyi "Hyundai markalı avtomobillər toqquşub.

Xəstəxanaya yerləşdirilmiş İ.Baxşıyev ölüb.

Salyan RPŞ tərəfindən araşdırma aparılır.