Rusiya prezidenti Vladimir Putin ilə Almaniya Kansleri Angela Merkel arasında görüş baş tutub və 3 saata yaxın davam edib.
Unikal.org xəbər verir ki, görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunub.
Həmçinin Suriya məsələsi, Ukrayna böhranının həlli yolları, "Şimal axını-2 layihəsi, İranın nüvə proqramı üzrə saziş ətrafındakı vəziyyət barədə də fikir mübadiləsi aparılıb.