Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ankara-Niğde şossesində hərəkətdə olarkən sürət həddini aşdığına görə cərimələnib. 

"Unikal" xəbər verir ki, bu barədə nazir özünün sosial şəbəkə hesabında paylaşım edib. 

Nazir sosial şəbəkədə Ankara-Niğde yolunda avtomobilin sükanı arxasında çəkilən videosunu paylaşıb. Daha sonra avtomobil idarə edərkən sürət həddini aşdığını və jandarma tərəfindən lazımi qanuni tədbir görüldüyünü deyib, cəza protokolunu paylaşıb.

"Ankara-Niğde yolunun hazırkı vəziyyətini yoxlamaq üçün sükan arxasına keçdim. Bu müddət ərzində bilmədən sürət həddini qısa da olsa aşdım. Sürət həddinə riayət etmək hər kəs üçün məcburidir. Jandarmımız da lazımi cəzaları tətbiq edib. Bundan sonra daha çox diqqətli olacağam". 

O, buna görə 9267 TL (384 manat) cərimə olunub. 

Qeyd edək ki, nazir 140 km-lik yolda saatda 225-lə sürüb. 

Ağarza Elçinoğlu