Məkkədəki hava şəraiti zəvvarları təşvişə salıb.

Unikal.org xarici KİV-ə istinadən bildirir ki, Minada fırtınaya yaxalanan zəvvarların bəziləri xəsarət alıb. Ötən gün axşam saatlarında Ərafatda zəvvarlar əvvəlcə qum fırtınası ilə üzləşiblər.

Daha sonra başlayan şiddətli yağış zəvvarlara çətin anlar yaşadıb. Ərəfatda zəvvarlar üçün qurulan çadırlarda təhlükəsizlik məqsədilə elektirik enerjisinin verilişi dayandırılıb.

Həmçinin, Məkkə şəhərinin mərkəzində güclü külək nəticəsində ağacların bir neçəsi aşıb. Həmçinin külək Kəbənin örtüyünü də açıb.