Türkiyənin Çanaqalla şəhərində mövsümlük işçi kimi işləyən, ilkin ehtimala görə psixoloji problemləri olduğu düşünülən Azərbaycan vətəndaşı Rauf Əhmədov qarantina götürüldüyü Balıkəsir Atatürk şəhər xəstəxanasında dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, 42 yaşlı Rauf Əhmədovu Türkiyəyə gəlməzdən öncə it dişlədiyi məlum olub.

2 uşaq atası olan azərbaycanlının 12 avqustda başında və qollarında ağrılar yaranıb. Balıkesir Atatürk Şəhər Xəstəxanasına yerləşdirilən Rauf Əhmədov qarantina alınıb. Onun quduzluq olduğu aşkarlandıqdan sonra onunla eyni evdə qalan yaxınlarına, müalicə aldığı xəstəxananın işçilərinə və xəstələrə quduzluq əlehinə peyvəndlər vurulub.