Əfqanıstan prezidenti Əşrəf Qəninin Qurban bayramı münasibətilə çıxışı zamanı paytaxt Kabil raket atəşinə tutulub.

Unikal.org TASS-a istinadən xəbər verir ki, hücum yerli vaxtla saat 09:00-da baş verib və hədəf prezident sarayı olub.

"Zorakılığı davam etdirən qruplar var. Amma onlar raketlərlə Əfqanıstanın inkişafını dayandıra bilməzlər", - deyə Ə.Qəni bildirib.

Terror qruplaşmalarından heç biri hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.