Vanuatuda 6,6 bal gücündə zəlzələ baş verib.

Unikal.org Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istiadən verdiyi məlumata görə, "UTC" vaxtı ilə saat 22:32-də qeydə alınan yeraltı təkanlar Lüqanvil şəhərindən 114 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.