ABŞ-ın şimal-qərbindəki Oreqon ştatı sahillərində Rixter cədvəli ilə 6,3 bal gücündə zəlzələ baş verib.

Unikal.org-un məlumatına görə, zəlzələnin episentri Bandon şəhərindən 294 kilometr qərbdə qeydə alınıb.

Yeraltı təkanlar 12 kilometr dərinlikdə baş verib.

Hadisə nəticəsində fəsadlar və ya itkilərin olub-olmaması barədə məlumat verilməyib.