Türkiyədə Qurban bayramına görə 3 gün tətil elan olunub. Ancaq bu istirahət günlərindən əhali narazı qalıb.  

Unikal.org Türkiyə nmətbuatına istinadən xəbər verir ki, bayramla əlaqədar Antalya və Bodrumda qiymətlər fantastik dərəcədə qalxıb. Bu da əhalinin narazılığın səbəb olub. 

Bildirilir ki, bahalaşmaya səbəb bayram günlərində turist axının artmasıdır. Bu da otellərin, restoranların bahalaşmasıyla nəticələnib. Hətta bəzi yerlərdə sadə bir fincan çay 18 türk lirəsidir (5 manat).  

Antalyada şəhərdə gəzinti zamanı kafelərdən birində oturub nahar etmək istəsəniz, lahmacun 39 lirə, dönər 20 lirədir. Qazlı içkilərdən kola isə 28 lirədir. Türk kofesinin orta hesabla qiyməti plajdaki restoranlarda 16 lirədir. 

Ümumiyyətlə, Türkiyənin turistik bölgələrində avqust ən bahalı ay hesab edilir. Ölkədə milli valyutanın dəyərdən düşməsi də bahalaşmaya xüsusi təsir edib.