Rusiya dövlət başçısı Vladimir Putin 104 nəfərə ölkə vətəndaşlığının verilməsi üçün fərman imzalayıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, vətəndaşlıq alanlarlın 9-u azərbaycanlı olub.
Bildirilir ki, fərmana əsasən, Özbəkistan və Moldovadan 16 və 14 nəfər, Ermənistandan 11, Belarus və Tacikistandan isə hərəyə 10 nəfər Rusiya vətəndaşlığı alıb.
Bundan əlavə 3 rusiyalı və bir Litva əsilli şəxs Rusiya vətəndaşlığından çıxarılıb.