Kür çayının Salyan rayonunun ərazisindən keçən hissəsində suyun səviyyəsi xeyli aşağı düşüb.
 
"Report" xəbər verir ki, bir həftə ərzində çayda suyun səviyyəsi 50-60 santimetr azalıb. Önsuz da səviyyəsi aşağı olan Kürün yenidən azalması vəziyyəti bir qədər dəyişib 
Kür çayının səviyyəsinin aşağı düşməsi su nasos stansiyalarına da öz təsirini göstərib. Belə ki, Kür çayında quraşdırılmış bəzi su nasosları quruda qalıb. 
Hazırda şəhəri içməli su ilə təmin edən 4 su-nasos stansiyasının məhsuldarlığı aşağı düşüb. Nəticədə şəhər əhalisinin 30 faizinə içməli su verilməsində bir qədər çətinliklər yaranıb.
Bununla yanaşı əkin sahələrinin suvarılmasında istifadə olunan su nasos stansiyaları da tam gücü ilə işləyə bilmir. 
Mütəxəssislərin fikrincə, yaz aylarında Kür çayının səviyyəsinin azalması bir neçə gün də belə davam edərsə vəziyyət daha da ciddiləşər.