Şəki Apellyasiya Məhkəməsinin hakimi Hümbət Səlimov vəzifəsindən azad edilir.
Unikal.org Trend-ə istinadən bildirir ki, bu barədə məsələ Milli Məclisin mayın 31-də keçiriləcək iclasında müzakirə ediləcək.
H.Səlimov tutduğu vəzifədən vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar azad edilir. Belə ki, H.Səlimov Balakən Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışacaq.