Qərbi Kaspi Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydasına müvafiq olaraq 2018/2019-cu tədris ili üçün aşağıda göstərilən ixtisaslara əyani, qiyabi və distant təhsil formalarında ikinci ali təhsil üzrə qəbul elan edir:

İqtisadiyyat
Dünya iqtisadiyyatı
Maliyyə*
Mühasibət üçotu
Menecment*
Truzim və otelçilik*
Biznesin idarə edilməsi*
İnformasiya texnologiyaları*
Kompyuter mühəndisliyi*
Poligrafiya mühəndisliyi*
Ekologiya*
Meşəçilik
Politologiya
Beynəlxalq münasibətlər
Dövlət və Bələdiyyə idarəetməsi*
Psixologiya
Fəlsəfə*
Dizayn*

*bu ixtisasları üzrə təhsil yalnız əyanı formada aparılır.

II ali təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Qərbi Kaspi Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. II ali təhsil müvafiq ixtisas üzrə bakalavriat (və ona bərabər tutulan) səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəl aldığı baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsil proqramı arasındakı fərq nəzərə alınmaqla xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır.

II ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- rektorun adına ərizə;
- ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notariat qaydada təsdiq edilmiş surəti;
- əmək kitabçasının surəti;(işlədiyi halda)

- 3 x 4 sm ölçüdə 6 ədəd fotoşəkil;
- şəxsiyyət vəsiqəsinin surəti;
- Oğlanlar üçün hərbi bilet və ya SHXÇDX-də hərbi qeydiyyat haqqında vəsiqənin surəti;

Xarici ölkələrin ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə təqdim etməlidirlər.

II ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müqavilə yolu ilə II ali təhsil almaq üçün müvafiq ixtisaslar üzrə tələbələr sırasına qəbul edilirlər.

Təhsil Azərbaycan və rus dillərində aparılır.Təhsil müddəti əvvəlki baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsil proqramı arasındakı fərq nəzərə alınmaqla müəyyən edilir. Təhsilini müvəffəqiyyətlə başa vuranlara dövlət nümunəli Bakalavr Diplomu veriləcək.

Sənədlər 1 avqust 2018-ci il tarixdən-1 sentyabr 2018-ci il tarixədək, həftənin 1-5-ci günləri saat 10.00-17.00-dək qəbul olunur.

Ünvan: Qərbi Kaspi Universiteti, İstiqlaliyyət küçəsi, 27
Əlaqə nömrəsi: (012) 492-61-63

Elektron ünvan: [email protected]