Bakıda qadın sürücü avtomobili aşırıb, yaralananlar var.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Əliövsət Abdurəhimov küçəsində baş verib. Yüksək sürətlə hərəkətdə olan "Hyundai" avtomobilin xanım sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil sağ zolaqda öz yolu ilə gedən "Daewoo" markalı avtomobilə dəyib. Zərbənin təsirindən "Hyundai" bir neçə dəfə çevrilərək aşıb. Daha sonra parkın daş arakəsmələrinə dəyərək dayanıb. Qadın sürücü çoxsaylı xəsarətlər alıb. Toqquşmanın təsirindən yoldan çıxan "Daevoo" səkiyə çırpılaraq dayanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polislər cəlb edilib. Yaralı sürücü və sərnişin sıxılaraq qaldığı avtomobildən çıxarılaraq xəstəxanaya aparılıb. Deformasiyaya uğrayan avtomobillər cərimə meydançasına aparılıb.

Faktla əlaqədar araşdırmalara başlanılıb