Ermənistanın real terror təşkilatları
12:26 06-09-2012
İQTİSADİYYAT
Ermənistanın real
terror təşkilatları
ASALA artıq keçmişdədir
Bu gün diqqətdə duran əsas mövzulardan biri də artıq azadlıqda olan Ramil Səfərovla bağlı Ermənistan tərəfinin qaldırdığı ajiotajdır. Artıq açıq şəkildə bəyan edilir ki, mayor rütbəsi alan Ramil Səfərov erməni zabitini qətlə yetirdiyi üçün terror aksiyasının hədəfinə gətiriləcək. Hətta bununla bağlı "Asala" terror təşkilatı məktubla da çıxış edib. Maraqlıdır, bəs əslində bu gün Erməni lobbisinin və ya Ermənistan hakimiyyətinin nəzarətində olan terror qruplaşmaları varmı?
Öncəliklə bunu qeyd edək ki, Azərbaycanda ən çox səs-küy salan əsas təşkilatlar "ASALA" və "Daşnaksütyun" təşkilatı olub. Bunlardan ikinci isə daha çox siyasi fəaliyyətini qabartmaqla terror maraqlarını gizlədə biliblər.
"Daşnaksütyunun
daşlı günləri
"Xatırladaq ki, ""bu təşkilat 1890-cı ildə Tiflisdə yaradılıb. Əsas qayəsi Azərbaycanın Dağlıq Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında "Böyük Ermənistan" dövləti qurmaqdır. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən "Daşnaksütyun" türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarmışdır. Məhz bu qurultaydan sonra "Daşnaksütyun" "türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldür, sözündən dönənləri, erməni xainlərini öldür, intiqam al!" əmrini vermişdir. "Daşnaksütyun" partiyası tərəfindən yaradılan bir sıra terror qrupları mövcuddur: 1973-cü ildə fəaliyyətə başlamış "Erməni "soyqırımının" intiqamçıları" qrupu 1980-82-ci illər ərzində Avstriya, Danimarka və Portuqaliyada türk diplomatlarını qətlə yetirib; Məxfi terror qrupu DRO və onun bölmələri: DRO-8, DRO-88, DRO-888, DRO-8888. Daşnakların hazırda bu istiqamətdə fəaliyyəti davam edir. Bunu da vurğulayaq ki, Daşnaksütyun partiyası Dağlıq Qarabağ savaşında da kifayət qədər iştirak edib. İstər Dağlıq Qarabağda savaşmaq üçün hərbçilərin hazırlanması, istərsə də mülkü şəxslərdən milyonlarla manat pulun yığılmasında əsas rolu da məhz Daşnaksütyun Partiyası öz üzərinə götürmüşdü. Sovetlər birliyi zamanında gizli şəkildə fəaliyyət göstərən Daşnaksütyun ,Avropada və bəzi Şərqi Asiya ölkələrində daha güclü fəaliyyətə keçə bilmişdi. Daşnaksütyun Partiyası 1988-92-ci ilə qədər həm də ermənilərin qorxduğu bir qrum idi. Çünki savaşdan imtina edən,Dağlıq Qarabağa pul verməkdən imtina edən ermənilər elə Daşnaksütyun partiyasının özü tərəfindən qətlə yetirilirdi. Bunu da qeyd edək ki, Daşnaksütyun partiyası Robert Köçəryan hakimiyyətə gələndən sonra artıq hakim partiya sayılırdı və bir müddətdən sonra Robert Köçəryanın sayəsində "Daşnaksütyun" partiyası reytinq itkisinə məruz qaldı və demək olar ki, bu gün elə bir nüfuza sahib deyil. Çox maraqlıdır ki, erməni lobbisi də bu qrumun imkanlarından tam imtina etdi. Amma ASALA terror təşkilatı bu gündə diqqəti cəlb edir.
ASALA-ni
güclənmə həvəsi
"Erməni gizli azadlıq ordusu" 1975-ci ildə Beyrutda yaradılıb. Mənzil-qərargahı Dəməşqdə yerləşir. Fələstin bazalarında hazırlıq keçən mindən artıq döyüşçüsü vardır. Fəaliyyətinin ilk 6 ilində təşkilat dünyanın müxtəlif ölkəsində 19 türk diplomatının ölümünə səbəb olan terror aktları keçirib.
"Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu" , 1975-ci ildə yaradılan təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. Təşkilatın məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində "Böyük Ermənistan" qurmaqdır. Bu təşkilat əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilat "Əbu Nidal", "Qara sentyabr" kimi terror qrupları ilə əməkdaşlıq etməsində əsas fiqurlardan biri ASALA-nın lideri Akop Akopyan olmuşdur. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş A.Akopyan ("Mücahid") 01.08.80-ci ildə "Nyu-York Tayms" qəzetinə verdiyi müsahibədə bildirmişdir: "Bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir". 28.04 1988-ci ildə A.Akopyan Afina şəhərində öldürülmüşdür. Livanda 1980-ci ilin aprelində ASALA birgə terror aksiyalarının keçirilməsinə dair PKK ilə razılığa gəlmiş və bu niyyətlərini rəsmiləşdirmişlər. Beyrut şəhərində 28.08.1993-cü ildə açıqlanan bəyanatında ASALA "pantürkist neft borusu" (Bakı-Tbilisi-Ceyhan) ilə bağlı layihənin həyata keçirilməsinə imkan verməyəcəyini bildirmişdir.
Amma ASALA terror təşkilatının ünlü simaları, dünyaya səs salan terrorçuları 1989-92-ci illərdə demək olar ki, əfsanəvi Abdulla Çatlı tərəfindən yerlə-yeksan edildi. Abdulla Çatlının rəhbərlik etdiyi qruplar dünyaya səpələnən bu terroçuları demək olar ki, yer üzündən sildi. Orta səviyyəli terroristlər isə ya Suriyaya qaçdı, ya da Ermənistana. Bəs bu gün ASALA yenidən dirçələ bilərmi? Ekspertlər hesab edir ki, bu gün ASALA-ya qarşı mübarizə aparacaq elə bir qrum olmadığından ASALA yenidən ayağa qalxmağa çalışır. Hələ iki il öncə erməni lobbisi Qarabağda savaşmaq üçün Könüllü Erməni Ordusunu yaratdığını bəyan etmişdi. Əslində isə bu dəstə məhz ASALA-ni bərpası üçün idi və onların fəaliyyəti üçün Dağlıq Qarabağ münbit yerdir. Bu gün isə ASALA-ya həm də nəzarət etmək istəyən konkret qüvvələr də var ki, bunu da unutmaq olmaz. Bunlar kimlərdir?
PKK-ASALA -müttəfiqliyi. Bu gün PKK təşkilatı ASALA ilə yenidən birgə fəaliyyət göstərmək üçün hazır durumdadır və bəzi məsələlərdə maraqlar üst-üstə düşür. Məsələn, bu gün Suriyada və Livanda vəziyyət kifayət qədər gərgindir və PKK çalışır ki, Suriya və Liviya arasında kürdüstan dövləti yaratsın. Bu ərazidə yaşayan ermənilərdə bu məsələdə onlara dəstək verə bilər və bu baxımdan yenidən əməkdaşlığın növbəti mərhələsi başlayacaq. Digər tərəfdən Rusiya kəşfiyyat orqanları da ASALA-ya xüsusi maraq göstərir və bu təşkilatın xətti ilə 1988-ci il və 1195-ci ilə qədər Rusiya xüsusi xidmət idarələri dəfələrlə müxtəlif terror aktları həyata keçirə bilirlər. Amma bunu da unutmaq olmaz ki, Azərbaycan güc qüvvələri də kifayət qədər güclənib və ASALA terror təşkilatından qat-qat güclü olan Əl-Kaida təşkilatının "Eurovusuon" Mahnı Müsabiqəsi zamanı Azərbaycanda terror etmə cəhdlərinin qarşısının necə alındığının şahidi olduq. Hətta prezident İlham Əliyevə təşkil olunmuş terror aktıda zamanında sıradan çıxarıldı. Buna baxmayaraq ASALA təşkilatını həm də nəzarətdən kənarda qoymaq olmaz. Çünki Ermənistan bu gün faktiki olaraq terrora dəstək verən dövlət kimi tanınıb və demək olar ki, terror və dövlət maraqları uzlaşıb. Çəkinmədən demək olar ki, ASALA həm də Ermənistan güc qüvvələrinin az qala bir şöbəsi kimi fəaliyyət göstərir və buna görə imkanlar daha da səfərbər olunmalıdır.
Yeni Yaradılan
Qrumlar
Bu gün artıq aydın olur ki, son 20 il ərzində dünya erməni lobbisi və Ermənistan hakimiyyəti bir neçə terror təşkilatı da yaratmağa çalışıb və hələ ki, onların ajiotajlı fəaliyyətindən böyük xəbər yoxdur. Bu təşkilatlar hansılardır?
1. "Erməni azadlıq hərəkatı"-1991-ci ildə Fransada yaradılıb. Terror fəaliyyətini ASALA ilə sıx əlaqədə həyata keçirir. 2010-cu ildə yenidən aktiv fəaliyyətlə bağlı açıqlama verdi və o qədər də diqqəti cəlb etmədi.
2. "Erməni azadlıq cəbhəsi": 1979-cu ildə yaradılan bu terror təşkilatı ASALA-nın tərkib hissəsi sayılır. Türkiyə və Azərbaycan əleyhinə terrorçular hazırlayır.
3. "Orli qrupu": 1981-ci ildə Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılıb. Təşkilat 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirib.
"Erməni soyqırım ədalət komandosları"
4. "Erməni birliyi": 1988-ci ildə Moskvada yaradılmışdır. "ASALA" ilə sıx əlaqələri vardır, keçmiş sovet məkanında terrorçuların fəaliyyəti üçün onları saxta sənədlərlə təmin edir. Qarabağa silah və muzdluların ötürülməsində iştirak edir. Bu qrumla Ermənistanın hazırkı prezidenti Serj Sarksyanın bir başa əlaqələri var.
5 "İntiharçılar eskadronu": 1981-ci ildə Parisdə yaradılmışdır. Həmin ildə bu təşkilat Türkiyənin Fransadakı baş konsulluğunun zəbt edilməsində iştirak etmiş, nəticədə qrupun 4 nümayəndəsi, həmçinin keçmiş rəhbəri Yan Kaşkayan həbs edilmişdir.
6. "Apostol": 2001-ci il aprel ayının 29-da əsasən Ermənistan, Suriya və Livan vətəndaşlarından ibarət olan Ermənistan Müdafiə Birliyi tərəfindən yaradılmışdır. Məqsəd- Türkiyə və Azərbaycan ərazilərində terror aktlarının keçirilməsidir.
Beləliklə gördüyünüz kimi bu gün azərbaycanda real təhlükəyə çevrilən kifayət qədər qüvvələr var. amma bu qüvvələrin nələr edəcəyini və bu gün hansı sistemlə fəaliyyət göstərəcəyini sabahkı sayımızda oxuya biləcəksiniz.
Eldənz Elgün
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00