"Azərbaycana idxal edilən kartofun gömrük rüsumunun iki dəfə artırılması kartofun qiymətində artıma səbəb olmayacaq".

Unikal.org xəbər verir ki, bunu REAL-a müsahibəsində Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdir müavini Vüqar Hüseynov deyib.

O bildirib ki, Azərbaycan tələbatını daxili istehsalın hesabına ödəyə bilir. Kartofun gömrük rüsumunun iki dəfə artırılması fermerlərə dəstəkdir. Onlar öz məhsullarını rahat sata biləcəklər.