Kaliforniya, Loma Linda və Tufts universitetindəki araşdırmaçı alimlər maraqlı addım atıblar.

Unikal.org bildirir ki, onlar 6 ay boyunca hər gün bir avokado yeyənə pul təklif edir.

Əgər sizin də bel ölçünüz 88 və 101 santimetr arasındadərsa və yaşınız 25-dən çoxdursa könüllü ola bilərsiniz. 6 aylıq nəticədən sonra sizə 300 dollar ödəniləcək.

Qeyd edək ki, hamilə və hamilə olmağa hazırlaşanlar bu araşdırmada iştirak edə bilməz. Alimlərin məqsədi avokadonun həqiqətənmi insanları arıqladıb-arıqlatmadığını öyrənməkdir.