Ağcabədi rayonunda Saat qülləsinin tikilməsi üçün Rayon İcra Hakimiyyəti (RİH) açıq tender elan edib.
Unikal.org-un xəbərinə görə, tender elanında bildirilib ki, Saat qülləsinin Ağcabədi şəhərindəki Heydər Əliyev prospektində inşası nəzərdə tutulur.
İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri oktyabrın 17-dək Ağcabədi Rayon İcra Hakimiyyətinə təqdim etməlidirlər.
İddiaçıların təklifləri oktyabrın 19-u RİH-in inzibati binasında açılacaq.