"Xarici vətəndaşlar gəlib Azərbaycanda ovla məşğul olmaq istəyirlərsə, müvafiq şirkətlərə müraciət etməlidirlər".
Unikal.org xəbər verir ki, bunu Ekologiya vÂə Təbii Sərvətlər NazÂirliyində keçirilən mÂətbuat konfransında nÂazirliyin Bioloji MüxÂtəlifliyin Qorunması və Xüsusi Mühafizə OlÂunan Təbiət ƏraziləriÂnin İnkişafı DepartamÂentinin direktoru HikÂmət Əlizadə deyib.
O bildirib ki, həmin şirkətlər də əməkdaşlıq etmək üçün müvafiq qaydada nazirliyə müraciət etməlidir: "Hansı şirkətin uğurlu təcrübəsi varsa, biz onlarla əməkdaşlıq etməyə hazırıq. Ov təşkil etmək istəyən şirkətlərlə iltizam imzalanır. Məqsədimiz Azərbaycanda sivil qaydada ov aparılmasıdır. Ov elə aparılmalıdır ki, ətraf mühitə ciddi ziyan dəyməsin".
H.Əlizadə qeyd edib ki, ov mövsümü başlayandan bu günə kimi, 3 ay ərzində 10 şirkət xarici ovçuların ovunu təşkil etmək üçün nazirliyə müraciət edib: "Yeddi şirkət dağ kəlinin, üç şirkət isə quş ovunu təşkil etmək üçün müraciət edib və bu on şirkətin hər birinin müraciətinə müsbət cavab verilib".