YAP-da Sevindik Hətəmovun yerinə təyinat olub
12:30 06-09-2012
SİYASƏT
YAP-da Sevindik Hətəmovun yerinə təyinat olub
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Laçın rayon təşkilatının VIII konfransı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, YAP Laçın rayon təşkilatının sədrinin müavini İlham Quliyev təşkilatın VII konfransından ötən dövr ərzində görülən işlərdən bəhs edən məruzə ilə çıxış edib.
Konfransda həmçinin YAP Laçın rayon təşkilatının Nəzarət-təftiş qrupunun sədrinin hesabat məruzəsi dinlənilib.
Konfransda YAP İcra katibinin müavini Siyavuş Novruzov, həmçinin Laçın rayon İH-nin başçısı Ramiz Cəbrayılov, Ağcabədi rayon İH-nin başçısı, YAP Siyasi Şurasının üzvü Şahin Məmmədov, Milli Məclisin deputatlarından YAP Siyasi Şurasının üzvü Mirkazım Kazımov, Tahir Rzayev və Rauf Əliyev çıxış ediblər.
Konfransda daha sonra təşkilati məsələlərə baxılıb. YAP Laçın rayon təşkilatının 35 nəfərdən ibarət Şurası və 15 nəfərdən ibarət İdarə heyəti seçilib. Aqil Nəzərli yekdilliklə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri seçilib.
Qeyd edək ki, YAP Laçın rayon təşkilatına indiyədək sabiq deputat, Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov sədrlik edib.
Digər Xəbərlər
2024-12-24 16:47:00
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53
2024-12-23 19:20:00
2024-12-23 17:04:32
2024-12-23 16:48:00
2024-12-23 16:35:46