ERMƏNI TERRORUNUN GIZLINLƏRİ
11:10 07-09-2012
İQTİSADİYYAT
ERMƏNI TERRORUNUN GIZLINLƏRİ
Niyə məhz Avropa?
Ötən sayımızda erməni terror təşkilatlarından aparıcılıarı ilə bağlı sizləri tanış etdik və bu təşkilatların ümumi fəaliyyətini diqqətinizə çatdrıdıq. İndi isə adı çəkilət təşkilatların digərləri ilə sizi həm tanış etmək , həm də onların fəaliyyət proqramındakı bəzi nüansları sizlərə göstərmək istəyirik. İlk növbədə qeyd edək ki, bu tip təşkilatların böyük əksəriyyəti ya Avropada yaradılır, ya da Suriya və Livan kimi ölkələrdə. Həmçinin Rusiya kimi dövlətdə bu məsələdən kənarda qalmır və zamanı çatdıqca, onların imkanlarından yararlanır. Niyə məhz bu dövlətlər?
Ekspertlər bildirir ki, Avropada əsasən Fransanın mərkəz elan edilməsi bir neçə məsələ ilə bağlıdır. İlk növbədə ona görə ki, Fransada güclü erməni lobbisi var və ABŞ-dakı erməni lobbisindən fərqli olaraq , Fransada yerləşən Avropa erməni lobbilərinin terrora marağı güclüdür və burdan ayrılan kapitala görə əsas təşkilatlar burdan yaradılır. Digər tərəfdən erməni dünya kilsəsidə əsasən Avropada fəaliyyət göstərməyi məqsədəuyğun hesab edibdir. Çünki erməni kilsəsinin avropada fəaliyyət göstərən bəzi kilsələrlə sıx əlaqələri var və bunlarda belə təşkçilatların yaradlımasında maraqlıdır. Digər tərəfdən artıq avropa da belə bir rəy var ki, PKK kifayət qədər küncə sııxışdırılıb və onlara dəstək üçün erməni terror təşkilatlarının yaradılmasına ehtiyac var. Belə olan halda isə ilk növbədə yada düşən ermənilər olur. Bununla yanaşı Avropa yaranan belə tip təşkilatlara həm də Rusiya və ABŞ-da fəaliyyət göstərən erməni təşkilatlarıda eyni məsafədə yaxın olurlar və bir növ mərkəz qərərgah məhz Avropa sayılır. Rusiya kəşfiyyat orqanlarının erməni terror təşkilatlarına maraqları da fərqlidir. Ekspertlər hesab edir ki, Rusiya erməni terror təşkilatlarından həm Qafqazda, həm şərq ölkələrində həm də Türkiyə ilə Azərbaycana qarşı bir başa yararlana bilir. Gəlin müəyyən məqamlara baxaq. Məsələn 1995-ci ildə Rusiya kəşfiyyatının Səüdiyyə ərəbistanında çeçen mücahidlərinə qarşı keçirtdiyi aksiyaların əksəriyyətində erməni silahlılarının imkanlarından yararlandılar. Həmçinin ləzgilərə məxsus “Sadval” dəstəsinin yaradılmasında məhz Dağlı Qarabağ bazalarından istifadə edildi və teror tşəkliatlarının yaradılması birgə həyata keçirildi. Son 20 illik dövrdə qeyd etmək lazımdır ki, Ermənistanın Azərbaycaba qarşı keçirtdiyi terror təşkilatlarının əksəriyyətinə Rusiya silahlı qüvvələri və kəşfiyyat orqanları dəstək olub. Hətta elə terror əməliyyatları olub ki, bunların böyük əksəriyyəti cəmiyyətdən gizlədilib. Gəlin gizlədilən və cəmiyyətin qismən bildiyi terror hadisələrinə diqqət ayıraq.
1. 18 sentyabr 1989-cu ildə Tbilisi-Bakı avtobusu partladılır və nəticədə 5 nəfər ölür, 37 nəfər yaralanır.
2. 7 oktyabr 1989-cu ildə Xələfliçay körpüsü partladılır və bununla da Xankəndinə gediş çətinləşib.
3. 16 fevral 1990-cı ildə Şuşa-Bakı avtobusu partladılır və 2 nəfər ölür, 13 şəxs yaralanır.
4. 11 iyul 1990-cı il Ağdərədən Kəlbəcərə gedən kalona basqın edilir və 2 nəfər ölür, 13 nəfər yaralanır.
5. 10 avqustda Ağdam-Tbilisi avtobusu partladılır və 20 nəfər ölür, 22 nəfər yaralanır.
6. 20 yanvar 1990-cı ildə Ağdam vağzalı bütövlükdə partladılır.
7. 9 yanvar 1991-ci ildə Laçın-Şuşa yolunda “Molodyoj Azərbaycan” qəzetinin əməkdaşı Salatın Əsgərova və daha iki rus zabiti güllələnərək öldürülür.
8. 30 may 1991-ci ildə Bakı-Moskva qatarı partladılır və 11 nəfər ölür, 22 nəfər yaralanır.
9. 31 iyun 1991-ci ildə Dağıstanda Bakı-Moskva qatarı partladılır və 16 nəfər ölür, 20 nəfər yaralanır.
10. 20 noyabr 1991-ci ildə Qarakənd üzərində vertolyot vuruldu .Nəticədə
1. Katib Tofiq İsmayılov
2. baş nazirin müavini Zülfü Hacıyev
3. Baş prokuror İsmət Abbasov
4. dövlətməsləhətçisi Mamed Əsədov
5. SSRİ-in deputatları Vəli Məmmədov və Vaqif Cəfərov
6. Prezident Aparatının məsul işçisi Osman Mirzəyev
7. Su Təsərüfatı nazirliyinin birinci müavini Qurban Namazəliyev,
8. Dağlıq Qarabağın prokuroru İqor Plavskiy
9. Dağlıq Qarabağ Polis İdarəsinin rəisi Vladimir Kovolyov,
10. DTK-in idarə rəisi Serqey İvanov
11. Qaxaxıstan Daxili İşlər Nazirinin müavini Saylal Şerikov və bir çoxları vertolyotda öldürüldü. Gördüyünüz kimi bir neçə il ərzində bu rerror aksiyaları yeni yaradılan terro təşkilatları vasitəsi ilə həyata keçirilib. Ekspertlər hesab edir ki, hazırda fəaliyyətlər bərpa olunan və daha effektli fəaliyyət göstərməyən yeni təşkilatlarla yanaşı bir müddət öncə fəaliyyət göstərib, daha sonra kölgəyə çəkilən qrumlarda var. İndi isə onların siyahısı ilə tanış olaq.
“Hnçak” partiyası: 1887-ci ildə Cenevrədə yaradılıb. Qurumun əsas məqsədi Türkiyənin Anadolu bölgəsini, “Rus” və “İran” Ermənistanları adlandırdıqları əraziləri birləşdirməklə “Böyük Ermənistan” dövləti yaratmaqdır. Partiyanın proqramının 4-cü bəndində göstərilir. Bunu da qeyd edək ki, artıq on ildir ki, bu qrumun yeni tərəfdarları tapılıb və onalrın böyük əksəriyyəti “Daşnaksütyun” partiyasının tərəfdarlarıdır. “Qarşıya qoyulmuş məqsədə çatmaq üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat yaradılması metodu seçilməlidir”
1973-cü ildə fəaliyyətə başlamış “Erməni “soyqırımının” intiqamçıları” qrupu 1980-82-ci illər ərzində Avstriya, Danimarka və Portuqaliyada türk diplomatlarını qətlə yetirib;
“Erməni gizli azadlıq ordusu” (ASOA): 1975-ci ildə Beyrutda yaradılıb. Mənzil-qərargahı Dəməşqdə yerləşir. Fələstin bazalarında hazırlıq keçən mindən artıq döyüşçüsü vardır. Təşkilat fəaliyyətinin ilk 6 ilində dünyanın müxtəlif ölkəsində 19 türk diplomatının ölümünə səbəb olan terror aktları keçirib.
Təşkilatın “Əbu Nidal”, “Qara sentyabr” kimi terror qrupları ilə əməkdaşlıq etməsində əsas fiqurlardan biri ASALA-nın lideri Akop Akopyan olmuşdur. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş A.Akopyan 01.08.80-ci ildə “Nyu-York Tayms” qəzetinə verdiyi müsahibədə bildirmişdir: “Bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir”.
“Geqaron”: 2001-ci ilin fevralında ASALA tərəfindən yaradılmışdır. Məqsəd - Cənubi Qafqaz və Orta Asiya ərazilərində türk mənşəli siyasi lider, diplomat və biznesmenlərə qarşı terror aktlarının keçirilməsidir.
“Erməni azadlıq hərəkatı” (AOD): 1991-ci ildə Fransada yaradılıb. Terror fəaliyyətini ASALA ilə sıx əlaqədə həyata keçirir.
“Erməni azadlıq cəbhəsi”: 1979-cu ildə yaradılan bu terrror təşkilatı ASALA-nın tərkib hissəsi sayılır. Türkiyə və Azərbaycan əleyhinə terrorçular hazırlayır.
“Orli qrupu”: 1981-ci ildə Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılıb. Təşkilat 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirib.
“Erməni soyqırım ədalət komandosları”: 1972-ci ildə Vyanada “Daşnaksütyun” partiyasının qurultayı zamanı yaradılıb. “Erməni soyqırımı ədalət komandosları”nın məqsədi erməni əsilli gənc Livan vətəndaşlarını hərbi birləşmələrdə cəmləşdirmək, türklər və azərbaycanlılara qarşı qanlı terror aksiyaları təşkil etməkdir.
“Erməni birliyi”: 1988-ci ildə Moskvada yaradılmışdır. “ASALA” ilə sıx əlaqələri vardır, keçmiş sovet məkanında terrorçuların fəaliyyəti üçün onları saxta sənədlərlə təmin edir. Dağlıq Qarabağa silah və muzdluların ötürülməsində iştirak edir.
“Demokratik cəbhə”: ABŞ, Kanada və Qərbi Avropada fəaliyyət göstərir. Başlıca məqsədi türk dövlətinin parçalanmasıdır.
“Apostol”: 2001-ci il aprel ayının 29-da əsasən Ermənistan, Suriya və Livan vətəndaşlarından ibarət olan Ermənistan Müdafiə Birliyi tərəfindən yaradılmışdır. Təşkilatın məqsədi Türkiyə və Azərbaycan ərazilərində terror aktları həyata keçirməkdir.
Ekspertlərin rəyinə görə yeni yaradılan bu təşkilatlar əslində dagha çox Ermənistan dövləti ilə əlaqələrin kəsilməsinə üstünlük verir və yeni ideya axtarışındadılar. Bu günə qədər Ermənistan dövləti adı çəkilən təşkilatlardan əsasən iki məqsədlə istifadə edirdi. Bir tərəfdən məhz təşkilatların hədə qorxuları ilə iş adamı olan ermənilərin bu ölkəyə yardım vermələrini təmin edirdilər, digər tərəfdən isə qondarma erməni “soyqırım”ına qarşı daha çox mübarizə aparan türk ziyalılarını sıradan çıxartmağa çalışırdılar. Bu gün isə bu təşkilatlar daha böyük iddialardadılar və buna görə onlar Ermənistan hakimiyyəti ilə yox, daha böyük qüvvələrlə fəaliyyətə üstünlük verirlər. Adi bir fakt , ABŞ Dövlət Departamnenti aşıq şəkildə bəyan etdi ki, Ermənistandakı bəzi qüvvələr bu gün Cənubi Afrikaya satış işləri ilə nəşğuldurlar və bu dəstələrin həm də İran İslam Respublikası ilə sıx əməkdaşlıqları var. Və yaxud bir ay öncə aydın oldu ki, Ukraynadan ciddi raket kompleksləri alınıb və bunların bir hissəsi Ermənistana aparılıb, yerdə qalan hissələr isə ermənilərin vasitəsi ilə Şərqi Afrika ölkələrindən birinə satılıb. Bu isə təsdiqləyir ki, terro təşkilatları daha da qloballaşıb və bunun qarşısını almaq üçün, tək Azərbaycan daxilində fəaliyyət göstərmək kifayət deyil.
Eldəniz Elgün
Digər Xəbərlər
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00
2024-12-23 10:39:39