Sentyabrın 24-də saat 14:00 radələrində 65 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda sahibsiz uşaq taplıb.
Unikal.org xəbər verir ki, uşağın təxminən 5-6 yaşı var. Azyaşlı avtobusla hara getməli olduğunu, yaşadığı ünvanı bilmədiyini deyib. Bu barədə dərhal DİN 102 qaynar telefon xəttinə və yaxınlıqdakı polis bölməsinə məlumat verilib. Uşağı tanıyanlardan ailə üzvlərinə məlumat vermələri xahiş olunur.