Rəqqasə Fatimə Fətəliyevanın sahibi olduğu gözəllik salonuna oğru girib.
Uniklal.org xəbər verir ki, bu haqda sənətçi özü xəbər verib. Fatimə oğrunun gizli kamera ilə çəkilən görüntüsünü yayaraq, onun salona böyük ziyan vurduğunu bildirib:
"Gecə saatlarında ofisim qarət olunub. Görüntülərdə gördüyünüz şəxs salonuma daxil olaraq, mənə böyk ziyan vurub.
Ən əsası iş üçün istifadə etdiyimiz iPad-i oğurlayıb. Orada mənim işlə bağlı bütün materiallarım var idi. Hörmətli dövlət orqanları, sizdən xahiş edirəm, təcili sürətdə bu gördüyünüz oğrunu tapın".