Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova ötən gün xəstəxanaya yerləşdirilib.
Unikal.org-un məlumatına görə, ARB TV-nin "Səhər-səhər" proqramında sənətçinin görüntüləri yayımlanıb.
Aparıcı Elgiz Əkbərin sözlərinə görə, müğənninin səhhətində ciddi problem yaşanıb:
"Son məlumata görə, həkimlər şərt qoyublar ki, ya uşaqlar, ya sən. İndi bilmirəm ailəsi necə qərar qəbul edər, amma mən ona can sağlığı arzu edirəm".
Qeyd edək ki, Rəqsanə hamiləliyinin 7-ci ayını yaşayır.