Hindistanda 19 yaşlı Nandini dünyada çəkisi ən ağır – 6,8 kiloqram olan qız uşağı dünyaya gətirib.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, yeni doğulan uşağın çəkisinə görə dünya rekorçusu olacağı ehtimal edilir. Çünki bundan əvvəl – 2014-cü ildə ABŞ-da doğulan qızın çəkisi 6,5 kiloqram olub. "O, doğrudan böyük, həm də gözəldir", - ginekolq Purnima Manu deyib.
İki il əvvəl Barnaulda çəkisi 6 kiloqram, bundan sonra isə Çində 6,3 kiloqram çəkidə oğlan doğulub