Ötən gecə yerli mediada yeddi aylıq hamilə olan müğənni Rəqsanə İsmayılovanın ana olması ilə bağlı xəbərlər yayılıb.
Unikal.org Oxu.Az-a istinadən xəbər verir ki, müğənninin meneceri Nigar bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir.
O söyləyib ki, müğənni hazırda Rusiyada xəstəxanada həkim nəzarəti altındadır.
Xatırladaq ki, Rəqsanə İsmayılova ana bətnində suyun qurtarması və erkən doğma riskinin olması diaqnozu ilə bir neçə gün öncə xəstəxanaya yerləşdirilib.