Murat Dalkılıçdan ayrıldıqdan sonra birlikdə yaşadıqları evi tərk edən Hande Erçel yeni ev axtarmağa başlayıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa İdo Tatlısəsin Maslakdakı 1 milyon lirəlik evini çox bəyənib və oraya köçmək istəyib.

Belə ki, Hande bir müddətdir anası ilə qalıb. Aktrisa həm anasının sağlamlığı ilə məşğul olur, həm də işlərinə vaxt ayırmağa çalışır.

Tatlısəsin evinin kirayə haqqı çox olduğu üçün aktrisa imtina etmək məcburiyyətində qalıb. İdo isə qiyməti aşağı salmayıb.