Mərhum reper Hüseyn Dəryanın həyat yoldaşı Sona İbadova uzun müddətdir xəstəlikdən əziyyət çəkir.
Unikal.org Teleqraf.com-a istinadən xəbər veirr ki, mərhumun xanımı bu barədə "Düz bazar" verilişində danışıb.
O bildirib ki, hər iki süd vəzisini kəsdirməlidir: "Süd vəzimdə mastopatiya var. 2011-ci ildən hər gün dərman atıram. Xərçəng olmasam da, onkoloji klinikaya gedib gəlirəm. Həkim deyir ki, hər iki süd vəzim kəsilməlidir. Çünki bədənimdə şiş daşıyıram. Ən xırda bir səhv onu xərçəngə çevirəcək. Şüa olsa, olacam xərçəng. Kirayə yaşayıram, özüm çalışıram və oğluma baxıram".