Xalq artisti Faiq Ağayev yeni çəkdirdiyi klipinə təqdimat edib.
Unikal.org axşam.az-a istinadən bildirir ki,"Gözüm dəyməsin sənə" adlanan mahnının sözləri Cavid Şahbazbəyov, musiqisi Nadir Nəğd Pula məxsusdur.
Ekran işinin rejissorluğu Nail Naiboğluna həvalə edilib. Klipdə xalq artisti Murad Dadaşov, əməkdar artist Tünzalə Əliyeva, Rafael İsgəndərov, Coşqun Rəhimov, rəqqasə Fatimə Fətəliyeva və digər məşhurlar rol alıblar.
Media nümayəndəlirinin suallarını cavablandıran F.Ağayeb yeni işindən danışıb:
"Klip ayın 6-da "Youtube" kanalında yayımlanacaq. Maraqlı klip alınıb. Klipdə çəkilənlər də ilk dəfədir gördülər. Heç kimə göstərmədim ki, ilk təəssuratları burada yaransın. İllərdir kiçik filmlər ərsəyə gətirmişəm".
Ekran işində müğənninin tərəf müqabili Nərminə Məmmədzadədir. F.Ağayev ekran işinə hər zaman tanınmış simaları çəkməsindən söz açıb:
"Hər insan hansısa işi görəndə rəfə atmağa heyfi gəlir. Bizim telekanallar kliplərimizi yayımlamır. Musiqi kanalımız yaransın. Rəhim Rəhimli "MTV Azərzaycan"a rəhbər keçəndən sonra kliplər yayımlanır. Mən də bundan bəhrələndim. Bizdə belə bir hal yarandı deyə sevindim. Heç vaxt heç kimə borclu qalmamışam. İş bitəndə də hamı pulunu aldı".
Nail Naiboğlu isə ekran işinə çox pul xərcləndiyini bildirib:
"Faiq Ağayev klip çəkəndə pulunu vaxtında ödəyən müğənnilərdəndir. Məbləği açıqlamayacam, amma son 3-4 ildə Azərbaycanda çəkilən ən bahalı klipdir".