Aktrisa Pərvin Abıyeva ilə Tunay Əliyeva arasında olan məhkəmə prosesi başa çatıb.
Unikal.org-un məlumatına görə, bu haqda Pərvin "Hər şey daxil proqramında deyib. Aktrisa Tunaya qalib gəldiyini söyləyib:
"Əgər bir məsələdə haqlıyamsa, haqqımı heç kimə yedirtmərəm. Haqsız olduğum yerdə isə üzr istəyərəm. Həm Azərbaycan xalqı, həm də media bilir ki, mən heç kimə sataşmamışam.
Bildiyiniz kimi, Tunay Əliyeva ilə məkmə prosesim var idi. Həmin məhkəmədə qalib gəldim. Əslində qərara əsasən o mənə təzminat da ödəməlidir. Lakin bu vacib deyil. Əsas məsələ üzr istəməsidir. Çünki o məni hamının içində təhqir etmişdi. Baxmayaraq ki, mən də ona qarşılıq vermişdim, ekspertiza bunu psixoloji basqı altında etdiyim qərarına gəldi.
Qeyd edək ki, Tunay bir neçə dəfə Pərvini sosial şəbəkədə təhqir edib. Buna səbəb Abıyevanın dediyi "Azərbaycan kişiləri kobuddur" ifadəsi olub.
Pərvin isə sosial şəbəkədə T.Əliyevaya bunları yazmışdı:
"Sən Tunaya mən bir dəfə cavab vermədim, qadındır deyib, boş verdim. Bu dəfə sənin nə olduğunu deyəcəm. Sən kimə 500-1000 manatlıq deyirsən? Mənim ətrafımdakıların tanışlarının çoxu səninlə nəinki 500, 300 manata görüşüblər. Sənin avtobioqrafiyanı öyrənmişəm. Maşınla adam vurub qaçdın. Türkiyədə pulla görüşürsən. Üstəlik türk seriallarında "massofka" kimi oynayırsan, gəlib burada aktrisalıqdan danışırsan? Neçə ildir türk kişiləri ilə görüşən sənsən. Mən Türkiyəyə gedib filmimi təqdim edib gəlirəm. Sənin kimi otelləri gəzmirəm. Özünü mələk kimi göstərmə. Sən mənim tayım deyilsən. Azərbaycan kişisinin birini maşında öldürən elə sən idin. Azərbaycan kişilərinin adını batırıb Türkiyədə pulnan görüşən də sənsən".
Tunay məhkəməyə verdiyi Pərvindən 100 min təzminat istəyib. Pərvin də Tunayı məhkəməyə verərək, 200 min təzminat tələb edib.