Azərbaycanlı müğənni Tacir Şahmalıoğlu müzakirə doğuran açıqlama verib.

Unikal.org bildirir ki,ifaçı "Şou ATV" verilişində bildirib ki, meyxanaçının musiqili meyxana ifa eləməsi gülüncdür:

"Meyxananı həmişə xoşlamışam. Meyxanaçılara çox böyük hörmətim var. Amma indi onlar oxumaq stilinə keçiblər. Onlara müraciət edirəm ki, bu, çox gülməli çıxır. Meyxana başqa şeydir - səviyyəli folklordur.
Niyə səviyyəni aşağı salırsınız? Meyxanaçı kimi qal, xalq da səni sevsin. İndi onsuz hamısı elədir. Meyxanaçı kimi gəlir, sonra mahnı yazdırır. Nə qədər oxusan da məndən yaxşı oxumayacaqsan".