Bakı-Surgut marşrutu üzrə uçan "ЮТэйр" aviaşirkətinə məxsus təyyarə Ufa hava limanında təcili eniş edib.

Unikal.org xəbər verir ki, Ufa beynəlxalq hava limanının mətbuat katibi Tatyana Rizvan bildirib ki, təyyarənin sərnişini uçuş zamanı özünü pis hiss edib:

"Təyyarə hava limanına endikdən sonra sərnişin xəstəxanaya yerləşdirilib".

T.Rizvanın sözlərinə görə, daha sonra təyyarə öz marşrutu üzrə uçuşa davam edib.