Prezident İlham Əliyev Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, sərəncamla Azərbaycanın 27 şəhər və rayonunda 436 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədi ilə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 1.14.3.3.9-cu (islahatlarla bağlı xərclər) yarımbəndində nəzərdə tutulan vəsaitdən 21 194 760 manat bu sərəncama əlavə olunmuş siyahıya uyğun şəhər, rayon icra hakimiyyətlərinə ayrılıb.