Amerikalı model Emili Ratakovski hakim Bretta Kavanonun əleyhinə keçirilən mitinqdə həbs edilən 302 nəfərin arasında yer alıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, model bu haqda Twitter səhifəsində yazıb. "Bu gün məni Bretta əleyhinə keçirilən mitinqdə həbs etdilər. Bu insan dəfələrlə qadınlara qarşı seksual zorakılıqlar edib. Bir çox qadına zərbə vuran insan qanun olan yerdə otura bilməz" deyə Emili paylaşımında yazıb. 

Ratakovski ilə yanaşı aktrisa Emi Şumer də həbs olunub. Sosial şəbəkədə onların polislə söhbət edən an çəkilən videosu yayılıb. 

"BBC News" isə bütün həbs edilənlərin xanımlar olduğunu açıqlayıb.