Səudiyyə Ərəbistanı polisi meyiti avtomobil yollarından birinin ortasında çarpayının üzərində tapılan kişinin qətli ilə bağlı vəziyyəti araşdırır.

Unikal.org xəbər verir ki, bu barədə "Axbar24" portalı yazıb. Ölən şəxs Əsir əyalətinin Əxba şəhərindən 11 km aralıda aşkar edilib. Kişi narıncı ədyala bükülmüş vəziyyətdə olub. Meyitə baxış keçirildikdən sonra müəyyən edilib ki, kişiyə odlu silahdan atəş açılıb.
O, Səudiyyə Ərəbistanı ərazisində qanunsuz olub.