Bu gün Bakıda planlaşdırılan "Ultra Musiqi Festivalı ləğv olunub. "Qafqazinfonun əldə etdiyi məlumata görə, konsert bilet satışının zəif olduğu üçün baş tutmayıb. Artıq musiqili gecənin afişası "iTicket.azdan yığışdırılıb.
Bu məqamda bildirək ki, konsertdə əməkdar artist Röya Ayxan, Murad Arif, Rauf, Ramil Nabran və b. iştirak edəcəkdi.
Gecənin ləğvi ilə bağlı daha bir iddia isə festivalın təşkilatçılarından birinin həbs olunması ilə bağlıdır.
Unikal.org xəbər verir ki, "Qafqazinfo mövzu ilə bağlı "Ultra Musiqi Festivalının rəsmisi Tatyana Meerova ilə əlaqə saxlayıb.
O, təşkilatçının həbs olunması barədə yayılan məlumatı təkzib edib:"Bu söz-söhbətlər haradan çıxır, başa düşə bilmirəm. Qeyd etdiyimiz kimi, festival bilet satışının zəif olmasına görə ləğv olunub. Müğənnilərlə də danışmışdıq, qonorarı da müəyyənləşdirmişdik. Amma alınmadı.