Gömrükçülər xeyli miqdarda aksiz markası olmayan spirtli içkilərin ölkəyə gətirilməsinin qarşısını alıblar.
Bu barədə Unikal.org-a DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin Tovuz Gömrük Postunda "Hyundai Veracrus markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.
Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə baxış zamanı nəqliyyat vasitəsində sellofan torbalarda spirtli içkilər olduğu müəyyən edilib. Belə ki, nəqliyyat vasitəsinin yük yerindən sellofan torbalardan üzərində aksiz markası olmayan 1 lt şüşə qablarda 70 ədəd "Nemirovskaya osobaya, 0.5 lt şüşə qablarda 13 ədəd "Nemirovskaya osobaya, 0.5 lt şüşə qablarda 49 ədəd "Nemiroff original, 1lt şüşə qablarda 5 ədəd "Nemiroff Delicat və 1 lt şüşə qablarda 5 ədəd "Nemiroff Wheat adlı spirtli içkilər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.