Ermənistan parlamentinin keçmiş deputatı, "Çiçəklənən Ermənistan partiyasının üzvü Arutyun Qaragözyanın meyiti aşkar edilib.

Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, sabiq deputat güllə yarasından ölüb. Araşdırma zamanı eks-deputat həmkarı Karo Karapetyanın qətlində şübhəli bilinən Qaragözyanın intihar etdiyi məlum olub.

Qeyd edək ki, ötən gün keçmiş deputat Karo Karapetyan İrəvanda restoranlardan birində güllələnib. İlkin məlumata görə, restoranda onunla Qaragözyan arasında mübahisə düşüb. Nəticədə Qaragözyan sabiq həmkarına atəş açıb. Xəstəxanaya aparsalar da, həkimlər onu xilas edə bilməyiblər. Qaragözyan isə hadisə yerindən qaçıb.