Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.
Unikal.org Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 29, 120.1-ci maddələrinə əsasən 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Əzizov Qurban Alduz oğluna tanışı, Bakı şəhər sakini Abbasov Elşən Arif oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman idman ayaqqabısının içərisində gizlədilmiş 1 ədəd Ukrayna istehsalı olan "TEPEH-1 markalı gözyaşardıcı qaz balonu aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.