Qax sakini gün ərzində iki dəfə intihara cəhd edib

Unikal.org-un report-a istinadən  məlumatına görə, rayonun 1960-cı il təvəllüdlü Zəyəm kənd sakini Nuriyev Ovod Abdurəhman oğlu günorta saatlarında kəskin zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Orada zərərçəkmişin intihar etmək məqsədi ilə sirkə turşusu qəbul etdiyi məlum olub.

Xəstəxanadan bildirilib ki, o hazırda xəstəxananın Reanimasiya şöbəsində müalicə olunur, vəziyyəti orta-ağırdır.

O.Nuriyev oktyabrın 9-u da intihara cəhd edərək sol qolunun bilək nahiyəsini iti alətlə kəsib. Ona xəstəxananın Cərrahiyyə şöbəsində ilkin yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.