Bakıda avtobus sürücüsünün normadan çox adam yığmasının əks etdirən video paylaşılıb.
Unikal.org Azxeber.com-a istinadən məlumat verir ki, videoda Bakının Albalılıq qəsəbəsində hərəkət edən avtobus sürücüsü qanunlara məhəl qoymadan şagirdləri avtobusa mindirib.
107 nömrəli avtobusun sürücüsü məktəbliləri və valideynləri avtobusa dolduraraq hərəkət edib.
Hərəkət zamanı sərnişinlər çətin anlar yaşayıb, hətta biri avtobusdan yerə düşmək təhlükəsi ilə üzləşib.
Qeyd edək ki, qanunvericilikdə buna dair konkret müddəalar var. ""Yol hərəkəti haqqında" qanunun 56-cı maddəsində göstərilir ki, nəqliyyat vasitələrində normadan artıq sərnişin daşınması yolverilməzdir.
Sərnişinlərin daşınması ilə bağlı İnzibati Xətalar Məcəlləsində də müvafiq maddə var. 327.2 maddə və orada göstərilir ki, sərnişindaşınma qaydalarının pozulmasına görə sürücülər 60 manat məbləğində və 3 balla cərimə sanksiyasına məruz qalırlar. "Faktiki olaraq avtobusda normadan artıq sərnişinin daşınması sərnişin daşınma qaydalarının pozulması deməkdir".
Həmin görüntüləri təqdim edirik: