Goranboy rayonunda ağır yol qəzası baş verib.
Unikal.org Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə oktyabrın 11-də saat 8 radələrində rayonun Aşağı Ağcakənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, Goranboy rayonunun Zeyvə kənd sakini Kamran Quliyevin idarə etdiyi "Niva və Börü kənd sakini Şaiq Sadıqzadənin idarə etdiyi "VAZ-21015 markalı avtomobillər toqquşub, K.Quliyev idarəetməni itirdiyindən avtomobili yolun kənarındakı boruya vurub. Nəticədə K.Quliyevin sərnişinlərindən Zakir Səmədov hadisə yerində ölüb, özü və digər 4 sərnişini xəstəxanaya yerləşdirilib.
Xocalı rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.